Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, əmlakla bağlı sənədləşmə işləri başa çatdıqdan sonra mümkün investisiya proqramları, təkliflərin alınması istiqamətində tədbirlər görüləcək və müzakirələr nəticəsində onun gələcəkdə idarə edilməsi ilə bağlı qərar qəbul ediləcək.
Monte Melkonyan adına hərbi təlim kollecinin başqa yerə köçürülməsi üçün hökumətdə müzakirələrin başa çatıb-çatmaması ilə bağlı erməni jurnalistlərin yazılı sorğusuna cavab olaraq bildirilib ki, Ermənistanın Tavuş vilayətinin Dilican şəhər “Parz lig” 5, 24/1 və 26/1 ünvanlarında fəaliyyət göstərən Monte Melkonyan adına hərbi təlim kolleci əmlakının idarə edilməsinin digər variantlarını müzakirə etmək səbəbləri müxtəlifdir, onların bir hissəsi haqqında dəfələrlə danışılıb.
Binanın özəlləşdirilməsi qiymətinin hesablanması və onunla maraqlananların olub-olmadığı ilə verilən suala Dövlət Əmlakının İdarə Edilməsi Komitəsindən cavab olaraq bildirilib ki, əmlakın bazar dəyəri əmlaka qarşı hüquqların dövlət qeydiyyatı işlərinin başa çatmasından sonra mümkün olacaq.
“Bununla bağlı maraq göstərən şəxslərlə razılaşma mövcud deyil”,- deyə Ermənistan Dövlət Əmlakının İdarə Edilməsi Komitəsindən bildirilib.
Alpər Mövludoğlu
Ordu.az