Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin İstintaq Komissiyasının iclaslarına dəvət olunmuş şəxslər hər hansı səs-küylü pozuntu haqqında komissiyaya məlumat verməyiblər.
Yeri gəlmişkən, artıq 4 aydır komissiya araşdırma aparır, lakin bu günə qədər Ermənistan Müdafiə Nazirliyinin keçmiş və indiki yüksək vəzifəli şəxslərindən hər hansı biri komissiyaya çağırılmayıb.
Məlumata görə, çox güman ki, yaxın gələcəkdə həmin günlərdə müharibənin əsas cavabdehlərindən biri olan Yuri Xaçaturov komissiyaya dəvət olunacaq.
Komissiyaya dəvət olunmuş hər bir şəxs üçün konkret anket tərtib edilir.
Bundan başqa, şayiələr var ki, İstintaq Komissiyasının mümkün açıqlamaları nəticəsində Ermənistan Müdafiə Nazirliyində vəzifəsindən azad olunanlar olacaq.
Bildirilir ki, komissiyanın iclasları və onların mümkün nəticələri Ermənistan Müdafiə Nazirliyində ciddi narahatçılıqlara səbəb olub.
Alpər Mövludoğlu
Ordu.az