Silahlı Qüvvələr veteranı adını qazanan bir qrup zabit Naxçıvanda Heydər Əliyev Muzeyini ziyarət edib

2019/09/15693-1569313691.jpg
Oxunub: 632     12:27     24 Sentyabr 2019    
İyirmi beş il ordu sıralarında xidmət edən və Silahlı Qüvvələr veteranı adını qazanan bir qrup zabit Naxçıvanda Heydər Əliyev Muzeyində olub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə tər gül dəstələri qoyan zabitlər Heydər Əliyev Muzeyinə gəliblər.

Burada bildirilib ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabrın 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar burada nümayiş etdirilir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb.

Sonra zabitlər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Naxçıvan   Zabit  

Silahlı Qüvvələr veteranı adını qazanan bir qrup zabit Naxçıvanda Heydər Əliyev Muzeyini ziyarət edib

2019/09/15693-1569313691.jpg
Oxunub: 633     12:27     24 Sentyabr 2019    