Xidmətdən
Ordu.az-a bildiriblər ki, “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq çərçivəsində Bakı metrosunun stansiyalarında quraşdırılmış monitorlarda SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı videoçarxların yayımına başlanıb.
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı ərəfəsində əhalinin sıx olduğu ictimai yerlərdə və daha çox istifadə etdiyi ictimai nəqliyyat infrastrukturunda belə bir platformanın həyata keçirilməsi rəğbətlə qarşılanır. Bu formatda sosial layihələrin digər tərəfdaş qurumlarla da davam etdirilməsi planlaşdırılır.
Ordu.az