Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Vayots Dzor vilayətində baş vermiş hadisə nəticəsində döyülmüş polkovnik-leytenant Ara Mxitaryanın atası Samvel Mxitaryan bildirib.
Onun sözlərinə görə, oğlu 100 kiloqramdan artıqdır və onu döymək bir nəfərin işi ola bilməz.
“Vayots Dzorun vilayət rəhbəri istefa verməli və məhkəmə qarşısına çıxmalıdır. Vilayət rəhbəri istintaq aparan orqanın əlinə düşməlidir. O, deyir ki, hadisədə bir əlin “udarı” olub. Düşünməyin ki, Amerika filmlərinə baxıb, onlardan nəsə bir şey götürüb. Əgər onun öz gücü ilə üç polkovnik-leytenantı yerə sərə biləcək 120 kiloluq müavini varsa, ona qəhrəman rütbəsi verək və türk sərhədinə göndərək. Mən onların boyunlarını qıracam, qoy onlar bilsinlər ki, bu, şahmatdır”, - deyə Mxitaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az