Erməni hüquq müdafiəçisi: “Vilayət rəhbəri polkovnikin döyülməsinə görə istefa verməlidir”

2019/09/567-1569309968.jpg
Oxunub: 30905     11:30     24 Sentyabr 2019    
“Vayots Dzorun vilayət rəhbəri polkovnik-leytenantın döyülməsi hadisəsindən sonra Ermənistan parlamentinin sabiq deputatı Ruben Hayrapetyan kimi eyni əsasla istefa verməlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu hüquq müdafiəçisi, insan hüquqları üzrə keçmiş vəkil Larisa Alaverdyan bildirib.

O qeyd edib ki,Vayots Dzorun vilayət rəhbərinin hadisədə iştirakı ilə bağlı ciddi şübhələr var.

Alaverdyanın sözlərinə görə, əgər Trdat Sarkisyan özünü dövlət rəsmisi kimi qəbul edirsə, vilayətdə baş vermiş bütün hadisələrə görə məsuliyyət daşıyan şəxs odur və hadisədən dərhal sonra bir neçə addım atmalı idi.

“Vilayət rəhbəri məsələ ilə bağlı tamamilə hərəkətsizdir və məsuliyyətə cəlb olunmalıdır”, - deyə hüquq müdafiəçisi bildirib.

Qeyd edək ki, baş vermiş hadisəyə görə cinayət işi açılıb, vilayət rəhbəri Trdat Sarkisyanın köməkçisi Harutyun Qriqoryana qarşı ittiham irəli sürülüb və o, həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Vilayət-rəhbəri   Döyülmə   Polkovnik  


Bizi "telegram"da izləyin