Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Levon Şirinyan Vanetsyan və Osipyanın işdən çıxarılması məsələsinə toxunarkən bildirib.
Erməni politoloqun sözlərinə görə, güc strukturları rəhbərlərinin istefası göznəliməz olmayıb.
"Proses davam edir, kulminasiya olmalı idi, oldu. Hakimiyyət bu addımla inqilabi gündəmə qayıdır", - deyə o bildirib.
Şirinyan Ermənistan MTX-nin sabiq rəhbəri Vanetsyanın bəyanatının "dayan" hissəsinə də toxunub.
"Siyasət eyni zamanda bir teatrdır, birisi üçün faciə, digəri üçün komediyadır. İndi tragikomediyadır",- deyə Şirinyan sözlərini yekunlaşdıırb.
Alpər Mövludoğlu
Ordu.az