Ermənistanın döyülən polkovik-leytenanta görə aksiya: “Qoy onlar öz istəyi ilə Naxçıvana qaçsınlar” (VİDEO)

2019/09/657-1569233729.jpg
Oxunub: 11408     14:40     23 Sentyabr 2019    
Ermənistanın hökumət binası yaxınlığında bir qrup insan polkovnik-leytenant Ara Mxitaryanı döyənlərin cəzalandırılmasını tələb edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iştirakçılar hökumət binası yaxınlığından Mərkəzi Hərbi Xəstəxanaya doğru yürüş ediblər.

Aksiya iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Karen Hakobyan bildirib ki, Vayots Dzorun vilayət rəhbərinin səlahiyyətləri istintaqın sonuna qədər dayandırılmalı idi.

“Biz əminik ki, o da orada olub. Deyir mənim orada olmamağıma sübutum var. Bizim həyətimizin kameralarını qarışdırıblar, yoxsa nəyin baş verdiyini bilərdik. Biz ədalətli istintaq tələb edirik. Əgər günahkarlar qanun qarşısında cavab verməsə, Ara Mxitaryana nəsə olsa, qoy onlarlar öz istəyi ilə Naxçıvana qaçsınlar, əks təqdirdə yaxşı olmayacaq”,- deyə o qeyd edib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin