Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Gündəm partiyasının həmtəsisçisi, Ermənistan Təhlükəsizlik Şurası administrasiyasının keçmiş işçisi, tarixçi Ara Qasparyan bildirib.
O qeyd edib ki, Ermənistanda yaranmış siyasin vəziyyətin qiymətləndirilməsini bir neçə cümlə ilə təsvir etmək çətindir.
“Birincisi, bizim hakimiyyət dəyişikliyindən sonra əvvəlki siyasi rejim dövründən yığılıb qalmış çoxlu sayda problemlərin bir hissəsini cəld həll etmək imkanımız var idi. Digər hissəsi isə daha dərin problemlərdir, bu problemlər daha yaxşı sistemləşdirilmiş iş, olduqca ciddi sistem dəyişiklikləri və resursların cəlb edilməsini tələb edir. Siyasi vəziyyət çoxsaylı problemlərlə şərtləndirilib. Həmin problemlər öz həllini gözləyirdi, vətəndaşlarımız bu vəziyyətdən narazı idilər və küçəyə çıxdılar. Bu problemlər indi də həll edilmir. Hökumət hakimiyyət dəyişikliyi zamanı qazandığı yüksək reytinqin aşağı düşdüyünü başa düşür. Baş verən bu dəyişikliklər hüquq-mühafizə orqanları ilə əlaqəlidir və hakimiyyət cəmiyyətlə sərt qarşıdurmaya hazırlaşır, çünki insanların həyatı dəyişməyib, hakimiyyətin həlləri yoxdur”, - deyə Qasparyan bildirib.
Onun sözlərinə görə, Paşinyan hökuməti erməni cəmiyyətinin gözləntilərini və probelmlərini həll etmir.
“Cəmiyyət institusional islahatlar, siyasi islahatlar, idarəetmənin səmərəliliyinin artırılmasını gözləyirdi, lakin biz görürük ki, bütün bunların hamısı reallıqdan uzaqdır. İnsanlar etiraz edəcəklər. Hökumət bu hadisələrə hazırlaşır və güc resurslarını öz əlində mərkəzləşdirməyə çalışır. Keçmişdə hüquq-mühafizə orqanlarının təyin olunmasında müəyyən filtrlər var idisə, indi onlar çıxarılır”, - deyə Qasparyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az