Bu gün Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə ekspert komissiyasının ikinci görüşü başlayıb.
Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş çərçivəsində hər iki ölkənin komissiyalarını təmsil edən ekspertlər Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçirəcəklər və geodezik tədqiqat işləri aparacaqlar.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Gürcüstan
Azərbaycan
Sərhəd