Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan bu şirkətin Ermənistana gətirilməsi prosesi ilə son zamanlar ciddi məşğuldur.
Qeyd edək ki, “Azimut” avişirkəti “SSJ10” təyarrələrinin texniki təminatının həyata keçirilməsi məqsədilə “Zvarnots” hava limanı ərazisində yeni texniki baza yaratmağı planlaşdırır.
Bundan əlavə, sözügedən şirkət nümayəndələri yay aylarında Rusiyaya səfər zamanı “İL” ictimai səhmdar cəmiyyəti şirkətinin Baş direktoru Yuri Qrudinin ilə görüşüb və Rusiyada fəaliyyət göstərən aviatikinti, aviabərpa fabirklərinin sifarişi ilə Ermənistan ərazisində təyyarələrin ehtiyat hissələrinin istehsalı imkanlarını müzakirə edib.
Alpər Mövludoğlu
Ordu.az