Azərbaycan MDB kəşfiyyat rəhbərlərinin iclasında iştirak edəcək

2019/09/winte-1569218644.jpg
Oxunub: 14047     10:12     23 Sentyabr 2019    
Bazar ertəsi Kazanda MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı iclas keçiriləcək.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, iştirakçılar xarici qüvvələrin müdaxiləsi ilə bağlı çətinlikləri neytrallaşdırmaq üçün bu istigamətdə birgə əməkdaşlıq fəaliyyətlərini müzakirə etmək niyyətindədirlər.

Məşvərət orqanının sədri, Rusiya xarici kəşfiyyat xidmətinin direktoru Sergey Narışkin MDB kəşfiyyat orqanlarının rəhbərlərinin forumunu açacaq.

Qeyd edək ki, görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri daxili və xarici təhdidlərin effektiv qarşısının alınması məqsədilə iştirakçıların kəşfiyyat məlumat mübadiləsi, əməkdaşlıq formaları və istiqamətlərini yaxşılaşdırmaq istəklərini qeyd edəcək bir memorandum imzalamaq niyyətindədirlər. Tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak edəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   MDB   Kəşfiyyat  


Bizi "telegram"da izləyin