Bu gün Nyu-Yorkda XİN rəhbərləri görüşəcək

2019/09/55627-1569216686.jpg
Oxunub: 18118     09:30     23 Sentyabr 2019    
Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

Ordu.az xəbər verir ki, görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   XİN   Qarabağ  


Bizi "telegram"da izləyin