Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə naziri Davit Tonoyanın müşaviri David Benqlayan deyib.
Hakimiyyət dəyişikliyindən sonra Davit Tonoyan Ermənistan Müdafiə Nazirliyində bir sıra dəyişikliklərə başladı, lakin onun bu addımları nazirlikdəki köhnə vəzifəlilər tərəfindən o qədər də bəyənilmir.
Ermənistan MN-nin bir çox generalları və digər vəzifəli şəxslər uzun müddət ordunun nəyə ehtiyacı olduğunu bilərək, həmin sahəni araşdırıb və dostlarının adları altında müxtəlif şirkətlər yaradıblar. Bu şirkətlərin lazımi malların tədarükü üçün Ermənistan MN tərəfindən elan edilən tenderlərdə qazanmasına imkan yaradıblar.
Nazirlikdə yayılan şayiələrə görə, Ermənistan MN-in generalları, köhnə rəsmilər hər dəfə Tonoyana onların komandasından olmadığını, müharibədə iştirak etmədiyini və döyüşün nə olduğunu bilmədiyini xatırladırlar.
Bütün bunlarla Ermənistan MN ətrafındakı hadisələr bitmir.
Nazirlikdə yayılan şayiələrə görə, Tonoyanın müşaviri David Benqlyan Ermənistan MTX-nin diqqət mərkəzində düşüb. Məlumata görə, Benqlyan illərdir Ermənistan FHN-dəki xidməti dövrü ilə bağlı MTX-nin diqqət mərkəzindədir.
Məlum olduğu kimi, Tonoyan 2017-ci ildə Fövqəladə Hallar Naziri təyin edilərkən, özü ilə birlikdə MN-dən özünə yaxın personalını Fövqəladə Hallar Nazirliyinə apardı, bunlardan biri də onun müşaviri David Benqlyan idi. Bəlkə də bu müddət ərzində Benqlyan konkret addımlar atıb və hüquq mühafizə orqanlarının diqqəti mərkəzinə düşüb.
Yeri gəlmişkən, 2018-ci ildə erməni mətbuatı yazırdı ki, Ermənistan MTX-nin Fövqəladə Hallar Nazirliyində aşkarlanmış qanun pozuntuları ilə əlaqədar hələ də istintaq davam edir.
Məlumata görə, Ermənistan FHN-in vəzifəli şəxsləri yuxarıda göstərilən qanun pozuntularına görə vəzifələrindən azad edillib və nazirlikdən 200 mln dram pul mənimsənildiyi məlum olub.
Bundan başqa, Fövqəladə Hallar nazirinin keçmiş müavini Hamlet Hakobyan və keçmiş idarə rəisi Qaqik Hayrapetyan da həbs olunub.
Benqlyanın da bu cinayət işində hüquq mühafizə orqanlarının diqqət mərkəzinə düşməsi istisna edilmir. Bu və digər suallara cavab almaq üçün erməni jurnalistlər şəxsən Tonoyanın müşaviri David Benqlayan ilə görüşərək söhbət ediblər.
O, sözügedən məlumatları təkzib edib: “Mənim Fövqəladə Hallar Nazirliyindəki işimlə bağlı cinayət işi olsaydı, heç olmasa bir dəfə məni çağırardılar. Hazırda işdəyəm. Telefon nömrəmi verim, zəng vurun və bununla yanaşı diabet xəstəliyindən Mərkəzi Klinik hospitalda müalicə alıram. Səhər gedirəm, prosedurumu götürürəm və sonra işə gəlirəm. Bu söz-söhbətlər mənə də çatıb, siz ilk deyilsiniz, ancaq boş adamların danışmasıdır. Xahiş edirəm İnsan resursları idarəsinə, Nazirin qəbul şöbəsi və ya adminstrasiyası ilə əlaqə saxlayın, dəqiqləşdirin. Milli Təhlükəsizlik Xidməti üçün maraq kəsb etsəydim, heç olmasa bir dəfə sorğu-sual üçün çağırılmış olardım”, - deyə Benqlyan qeyd edib.
Jurnalistlər xatırladıb ki, Ermənistan MN-dəki qara işləri ilə əlaqədar olaraq ona “Qara Kardinal” ləqəbi veriblər.
“Ümumiyyətlə, kardinal qara olmur, boz olur, dediyiniz ifadə belədir. Əlbətdə mənim haqqımda söylədikləri şeylərdən şok oldum, amma kardinallıq etmirəm, mənim xüsusi təlimatlarım var, yalnız bunu edirəm. Narahatlığım olmadığını rəsmi olaraq elan edirəm və dəvət olunmamışam”, - deyə Benqlyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az