“Paşinyanın ABŞ-a səfəri yalnız formal xarakter daşıyır”

2019/09/30838-1569059499.jpg
Oxunub: 691     09:01     22 Sentyabr 2019    
“Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyanın Ermənistan-Amerika münasibətlərinin çox yüksək səviyyədə olduğunu və Paşinyan-Tramp görüşünün gündəmdə olduğunu bildirdiyi bir vaxtda, Paşinyanın ABŞ-a səfəri zamanı ABŞ-ın hər hansı bir yüksək səviyyəli rəsmisi ilə görüş nəzərdə tutulmur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazır.

Paşinyanın ABŞ-a səfərinin gündəliyi məlumdur. Əvvəlcə Kaliforniya ştatına gedəcək, 22 sentyabr tarixində Los-Ancelesin mərkəzindəki “Grand Park”da nəzərdə tutulan mitinqdə iştirak edəcək.

Paşinyanın Kaliforniyada bir işgüzar konfransda iştirak etməyi planlaşdırır, bundan sonra Silikon Vadisində San-Xose şəhərinə yollanacaq. Daha sonra o, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edəcək.

Politoloqlar hesab edirlər ki, BMT-də Paşinyan prezident Tramp və ya digər yüksək vəzifəli məmurlarla sadəcə şəkil çəkdirə bilər.

Ancaq təəccüblüdür ki, Ermənistan hakimiyyəti heç olmasa Paşinyan-Dövlət katibi Pompeo səviyyəsində belə görüş təşkil edə bilməyib.

Rəsmi dairələrlə görüşlərin olmaması sübut edir ki, Ermənistan-Amerika münasibətlərində həqiqətən irəliləyiş yoxdur.

Ermənistan-Amerika münasibətlərində belə bir vəziyyətin nə üçün yarandığını başa düşmək üçün bir tərəfdən məsələni geosiyasi inkişaf kontekstində, digər tərəfdən isə Ermənistanın yeni hakimiyyətinin apardığı xarici siyasət baxımından nəzərdən keçirmək lazımdır.

Geosiyasi inkişaf baxımından, ABŞ-ın sərt sanksiyaları altında saxladığı İranla yaxşı qonşuluq münasibətləri davam etdiyi üçün Ermənistan çətin vəziyyətdədir.

Digər tərəfdən, Ermənistan uzun müddət ABŞ-ın sanksiyaları altında olan Rusiya ilə müttəfiq münasibətlərini saxlamaqla yanaşı, ABŞ tərəfindən mənfi qarşılanan Rusiya qoşunları tərkibində Suriyaya hərbi heyət də göndərib.

Ermənistan hazırda ABŞ-ın ticarət müharibəsi etdiyi Çinlə münasibətlərini dərinləşdirməkdə davam edir.

İqtisadi və strateji cəhətdən Ermənistan ABŞ üçün az maraq doğurur, amma bu maraq səviyyəsi təkcə geosiyasi hadisələrlə deyil, həm də Ermənistanın addımları ilə bağlıdır.

Ermənistan hakimiyyəti Ermənistan-Amerika münasibətlərində yeni bir gündəliyi formalaşdırmaq və əməkdaşlığı dərinləşdirmək üçün yollar tapa bilərdi.

Bunun əvəzinə hazırkı hakimiyyət passiv bir fəaliyyət üsulu seçdi, çünki ABŞ-ın Ermənistandakı hakimiyyət dəyişikliyinə maraq göstərəcəyinə ümid edirdilər, amma bu ümidlər puç oldu və münasibətlər qırıldı.

Bəs, Paşinyanın ABŞ-da böyük bir erməni icmasına sahib olmasına baxmayaraq, bu bir il yarım müddətində ABŞ-la əməkdaşlığı dərinləşdirmək təşəbbüsünü ələ ala bilməməsinin səbəbi nədir?

Qəzet yazır ki, Paşinyan hakimiyyət dəyişikliyindən sonrakı eyforiya dalğasına və əsasən keçmiş hakimiyyətə qarşı mübarizəyə diqqəti yönəldərək, xarici siyasətdə Amerika istiqamətini lap əvvəldən görməməzliyə vurub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   ABŞ  

“Paşinyanın ABŞ-a səfəri yalnız formal xarakter daşıyır”

2019/09/30838-1569059499.jpg
Oxunub: 692     09:01     22 Sentyabr 2019    