Ermənistan Polis rəisinin istefasının səbəbləri - “Ördəklərin” uçuş hündürlüyü artır

2019/09/Untit-1569055840.jpg
Oxunub: 677     17:49     23 Sentyabr 2019    
Bir neçə gün öncə istefa verən Ermənistan polis rəisi Valeri Osipyan qeyd etdi ki, istefanın səbəbləri barədə daha sonra danışacaq.Bunda bir neçə saat sonra məlum oldu ki, işdən çıxarılan polis rəisi Paşinyanın baş müşaviri təyin edilib.

Erməni ictimaiyyəti bu təyinatı müxtəlif reaksiyalarla qəbul etdi. Osipyanın onun işindən narazı olan Paşinyana hansı məsləhətlər verəcəyi olduqca maraqlıdır.

Ermənistan hökumətinin aparat rəhbəri Eduard Ağacanyan bildirib ki, Paşinyan Osipyan və Vanetsyanın işindən narazı idi. İş ondadır ki, Valeri Osipyan bir polis məmurudur və Paşinyana başqa bir sahəyə aid peşəkar dəyərli məsləhət verə bilməz. Buna görə də, onun müşavir təyin edilməsinin siyasi bir akt olduğunu qeyd etmək lazımdır.

Paşinyan bununla Valeri Osipyanın istefasının səbəbləri barədə danışmasına mane olurmu?

Əslində, Osipyanın açıqlaması “əgər heç bir şey edilməzsə danışacam” deyə bir xəbərdarlıq və ya təhdid təəssüratı yaradırdı.

Əlbəttə ki, bu, mümkün olanlar arasında əsasən bir təxmindir. Ancaq maraqlıdır, Osipyan istefasının səbəbləri barədə nə vaxt danışacaq və baş nazir müşaviri olduğu müddət ərzində danışacaqmı? Yoxsa sonradan vəzifədən gedəndə həm polis rəisi, həm də müşavir vəzifəsindən ayrılma səbəbləri haqqında açıqlama verərkən danışacaq?

Osipyanın istefası barədə rəsmi açıqlama olmamasına baxmayaraq, Rusiyanın “İnterfaks” agentliyi onun istefasının Amulsar məsələsi ilə əlaqəli olduğunu və Paşinyanın Osipyanı Amulsar məsələsində mədənə gedən yolların açılması və həlli istiqamətində hakimiyyətin maraqlarını təmin edə bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırdığını bildirdi.

Bu, əlbəttə ki, Ermənistan və Rusiya mediasını Ermənistanla bağlı nəşrlərlə dolduran növbəti “ördək” məlumat ola bilər, amma buna baxmayaraq rəsmi şərhin olmaması bu “ördəklərin” ömrünü uzadır və uçuşun hündürlüyünü artırır.

Digər tərəfdən bir şeyi qeyd etmək lazımdır ki, Paşinyanın baş məsləhətçisi olaraq həm keçmiş, həm də hakimiyyət dəyişikliyindən sonrakı yüksək səviyyəli işlərdə uzun illər təcrübəsi olan keçmiş polis rəisi, yəni güc strukturunun rəhbəri təyin olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Polis-rəisi   Osipyan  

Ermənistan Polis rəisinin istefasının səbəbləri - “Ördəklərin” uçuş hündürlüyü artır

2019/09/Untit-1569055840.jpg
Oxunub: 678     17:49     23 Sentyabr 2019    