Paşinyan Osipyanı susdurmaq üçün ona yanında vəzifə verib - O, nədən qorxur?

2019/09/87978-1569054092.jpg
Oxunub: 24503     20:43     23 Sentyabr 2019    
Ermənistan Polis rəisi Valeri Osipyanın istefası çoxları üçün gözlənilməz oldu. Ermənistan hakimiyyəti ilk günlərdə hər hansı şərh vermədi. Müəyyən vaxt keçdikdən sonra isə hökumətin aparat rəhbəri Eduard Ağacanyan jurnalistlərə açıqlamasında Paşinyanın Vanetsyan və Osipyanın işindən narazı olduğunu və hökumət başçısının qərarı ilə vəzifədən azad edildiklərini bildirib.

Bu açıqlama, Ermənistan güc strukturlarının rəhbər işçilərinin karyeralarının başa çatması mənasına gəlirdi.

Qısa vaxt sonra, Osipyan üçün hər şeyin bitmədiyi məlum oldu, keçmiş polis rəisi Paşinyanın baş müşaviri təyin edildi. Bu təyinat xüsusilə yeni suallara səbəb oldu.

Paşinyan vəzifəsini müvəffəqiyyətsiz yerinə yetirən polis rəisini niyə baş müşavir təyin edib? Osipyan ona hansı qiymətli məsləhətlər verə bilər?

Osipyanın yeni vəzifəsini daha çox fəxri sürgün kimi qiymətləndirmək lazımdır. Paşinyan onu ən vacib vəzifəsindən azad edir, eyni zamanda onu nəzarətdə saxlamağa davam etmək üçün özünə çox yaxın aparırır.

Paşinyanı keçmiş polis rəisindən bu qədər qorxmağa nə məcbur edir?

Qorxunun yalnız bir səbəbi ola bilər, Osipyan başqalarının bilmədiyi məlumatlara sahibdir və Paşinyan bu şəkildə informasiyanı qorumağa çalışır.

Ermənistanın keçmiş polis rəisi hansı informasiyaya malik ola bilərdi?

Bu suala cavab vermək üçün 2018-ci ilin aprelinə qayıtmaq lazımdır. İctimai asayişi qorumaq üçün məsul olan Valeri Osipyan hakimiyyət dəyişikliyi dövründə demək olar ki, hər an Paşinyanın yanında olub.

Həmin günlərdə sensasiyalı bir video yayımlandı, Paşinyan tərəfindən Osipyanın arxasındakı polisə bir kağız verildiyi açıq şəkildə göstərilirdi.

Videonun həmin hissəsi geniş yayılsa da, erməni ictimaiyyəti bunu çox müzakirə etmədi. İnsanlar Paşinyanın onlar üçün “qəhrəman” olmuş imicini korlamamaq üçün gördüklərini tez unutmağa çalışdılar.

Əslində bu videonun davamı var, artıq burada Paşinyanın verdiyi kağızın Osipyanın əlində olduğunu açıq şəkildə görünür.

İndiki məqamda o kağızda nə yazıldığını heç kim bilmir.

Sözügedən kağız yalnız Osipyan-Paşinyan cütlüyünün əvvəlcədən planlaşdırılan əlaqəsini göstərir, yoxsa bütün bunlar daha da irəli gedir?

Osipyan danışsaydı, bu suala cavab tapmaq olardı, amma o, artıq danışmayacaq, çünki Paşinyan onu susdurmağın yolunu tapıb.

Hər halda Ermənistandakı hakimiyyət dəyişikliyindən bir il yarım sonra yenidən bu videoya baxmaq bir çoxlarına sual verməyə və bu sualların cavabını tapmağa kömək edəcək. İndi eyforiya daha azdır və “qəhrəman” da daha əvvəlki kimi deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Osipyan  


Bizi "telegram"da izləyin