Müdafiə naziri: "Qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər"

2019/09/a018b-1568982759.jpg
Oxunub: 713     16:18     20 Sentyabr 2019    
"Genişmiqyaslı təlimlər zamanı qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər".

Ordu.az xəbər verir ki, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin sonunda təlimlərin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyində keçirilən kollegiya iclasında deyib.

Müdafiə naziri təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığının daha da təkmilləşdirildiyini və qərargahların öz vəzifələrini müvəffəqiyyətlə icra etdiyini qeyd edib.

Komandanlığın qoşunları idarəetmə bacarığı və hərbi qulluqçuların döyüş əzmi Müdafiə naziri tərəfindən yüksək qiymətləndirilib.

General-polkovnik Z.Həsənov keçirilən genişmiqyaslı təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarına çatdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Müdafiə-naziri   Təlim  

Müdafiə naziri: "Qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər"

2019/09/a018b-1568982759.jpg
Oxunub: 714     16:18     20 Sentyabr 2019    