Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ-ın Avropa və Afrikadakı Hərbi Hava Qüvvələrinin komandanı Ceffri Li Harriqyan deyib.
Onun sözlərinə görə, Pentaqon Avropada mümkün Rusiya təcavüzünə cavab verməyə hazırdır.
"Belə bir vəziyyətdə hərtərəfli - hava, quru, dəniz, kosmosdan hücum olacaq. Bura həmçinin kiber məkandan hücumlar və elektron müharibə də daxildir. ABŞ bu sxemi daim işləyib hazırlayır və lazım olduğu təqdirdə tətbiq etməyə hazırdır", - deyə o qeyd edib.
Lakin Harriqyan Pentaqonun planının təfərrüatlarını açıqlamayıb.
Qeyd etmək lazımdır ki, Ceffri Li Harriqyan erməni əsilli ABŞ hərbçisidir. O 1985-ci ildə ABŞ-ın HHQ Akademiyasını qırıcı-pilot ixtisası üzrə bitirib. Harriqyan ABŞ-ın Panamaya təcavüzündə, "Səhrada fırtına", "Sarsılmaz azadlıq" və digər hərbi əməliyyatlarında yaxından iştirak edib.
Sevinc Əliyeva
Ordu.az