Dünən axşam saatlarında Vanadzor sakini 29 yaşlı Mikayel Yepremyan İrəvan şossesində “Afina” şadlıq sarayı qarşısında idarə etdiyi “Opel Astra” markalı “50 CD 707” nömrəli avtomobillə Vanadzor sakini 64 yaşlı A. Harutyunyanı vurub.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Ermənistanın Lori vilayətində baş verib.
Bilidirilir ki, qəzaya məruz qalmış şəxs Vanadzor xəstəxanasına yerləşdirilib və orada ölüb.
Sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qəza