Erməni əsgər anası: "Bizimlə bu cür davranırlarsa, o kişinin üzünə tüpürüm"

2019/09/image-1568895350.jpg
Oxunub: 485     15:29     19 Sentyabr 2019    
"Əgər əsgər anası ilə bu cür davranacaq biri varsa, o kişinin üzünə tüpürüm".

Ordu.az erməni KİİV-lərinə istinadən xəbər verir ki, artıq bir neçə saatdır ki, Ermənistan hökumət binası qarşısında ölən hərbi qulluqçuların analarının təşkil etdiyi etiraz aksiyası davam edir.

Ölən erməni hərbi qulluqçulardan birinin dul arvadı, Ermənistan İnsan Haqlarının müdafiəçisi Armen Tatoyana, Dövlət Gəlirləri Komitəsinin sədrinin göstərdiyi münasibətlə bağlı öz narazılığını ifadə edib.

"Biz, Dövlət Gəlirləri Komitəsinin sədrinə dedik ki, biz bu şəxslərik, gəlmişik problemimizi çatdıraq. Bizə cavabınız yoxdurmu, deyə verdiyimiz suala, Komitə sədri dedi ki, yox. Yeganə cavab budur ki, ölənin həyat yoldaşını qucaqladım", - deyə könüllü erməni döyüşçünün dul arvadı Avetisyan bildirib.

Onun sözlərinə görə, onların sualı şəxsən Paşinyanla bağlı olub, Davit Ananyan isə üzr istəməlidir: "Nazir, məndən ictimai şəkildə diz çökərək üzr istəməlidir".

Arman Tatoyanla söhbətdən sonra etiraz aksiyasının iştirakçlarından olan “Əsgər anası” İctimai Təşkilatının sədri Marqarita Xaçatryan hökumət binasının qapıları önündə oturaraq oturaq və aclıq aksiyası elan edib.

Qara geyimli etirazçı əsgər analarına qoşulan və əsgər anaları ilə hökumət nümayəndələri arasında görüş təşkil etməyə çalışan aprel müharibəsi iştirakçısı qeyd edib ki, hökumət üzvlərinin şikayətçi əsgər analarını görməmək üçün digər qapılardan binanı tərk etdikləri ehtimal edilir.

Qeyd edək ki, etirazçılar Paşinyana 5 gün vaxt verdiklərini, bundan sonra hökumətin mənfi cavab verəcəyi təqdirdə isə yenidən oturaq aksiyaya başlayacaqlarını bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Erməni əsgər anası: "Bizimlə bu cür davranırlarsa, o kişinin üzünə tüpürüm"

2019/09/image-1568895350.jpg
Oxunub: 486     15:29     19 Sentyabr 2019    