Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sorğu Ermənistanın “Aparıcı İctimai Araşdırma Qrupu” ictimai təşkilatının iştirakı ilə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi tərəfindən aparılıb.
Müxtəlif illərdə həyata keçirilmiş araşdırmaların müqayisəsi nəticəsində maraqlı faktlar ortaya çıxıb. 2017-ci illə müqayisədə 2019-cu ildə Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi tərəfdarlarının sayı azalıb. Lakin Avropa İttifaqı tərəfdarlarının sayı 3% azalaraq ümumilikdə 30% olduğu təqdirdə, Avrasiya İqtisadi Birliyi tərəfdarlarının sayı 12% azalaraq ümumilikdə 20% təşkil edib.
Diqqət yetirilməli məqam ondan ibarətdir ki, hər iki struktura üzv olmağın tərəfdarı olan şəxslərin sayı ümumilikdə 30% təşkil etməklə, 2017-ci illə müayisədə 2019-cu ildə iki dəfədən çox artıb.
2016, 2017 və 2019-cu illərin müqayisəli məlumatlarına görə, Ermənistana qarşı Rusiya münasibətinin göstəricisinə paralel olaraq həm də Avrasiya İqtisadi Birliyinə üzv olmaq istəyənlərin sayı da dəyişir.
Alpər Mövludoğlu
Ordu.az