Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının Baş redaktoru, hərbi, siyasi təhlilçi İqor Korotçenko bildirib.
O qeyd edib ki, siyasi səviyyədə heç kim - nə Putin, nə də Medvedev Ermənistanı ictimai şəkildə tənqid etmək üçün ona göstəriş verməyib.
“Biz Paşinyanın öz müsahibəsində anti-Rusiya xarakterli şərhlər etdiyini müstəqil şəkildə görürük. Burada gizli anti-rus alt konteksti var”, - deyə rus ekspert bildirib.
Korotçenkonun sözlərinə görə, Paşinyanın taleyinə Rusiya və ABŞ yox, erməni xalqı qərar verəcək.
“Buna görə də erməni xalqı onun fəaliyyətlərini qiymətləndirəcək və siyasi taleyinə qərar verəcək, çünki xalq Paşinyanın hakimiyyətə gəlməyindən əvvəlki vəziyyətlə sonrakı vəziyyət arasında nəticə görməsə, yeni rəhbər istəyəcək” , - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az