Paşinyan müvəqqəti olaraq MTX direktoru və Polis rəisi vəzifələrini tutan şəxslərin adlarını açıqlayıb

2019/09/789-1568880773.jpg
Oxunub: 18540     12:12     19 Sentyabr 2019    
“Ermənistan MTX direktorunun müavini Eduard Martirosyanın Ermənistan MTX direktoru vəzifəsinin səlahiyyətlərini və Ermənistan Polis rəisinin birinci müavini Arman Sarkisyanın Polis rəisi vəzifəsini müvəqqəti olaraq həyata keçirməsi ilə bağlı qərar qəbul etmişəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bunu Ermənistan hökumətinin bugünkü iclasında qeyd edib.

Xatırladaq ki, Ermənistan MTX sədri Artur Vanetsyan və Ermənistan polis rəisi Valeri Osipyan bir neçə gün öncə istefaya göndərilib. Paşinyan onların yerinə hələ heç kimi təyin etməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İstefa   MTX  


Bizi "telegram"da izləyin