Rus aviaşirkəti Ermənistanda texniki baza yaratmaq niyyətindədir

2019/09/88-1568875866.jpg
Oxunub: 3226     11:49     19 Sentyabr 2019    
Yeni yaradılmış “Azimut” adlı rus aviaşirkəti Ermənistanda texniki baza yaratmaq niyyətindədir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan həmin aviaşirkətin Ermənistana gətirilməsi prosesilə məşğuldur.

Qeyd edək ki, “Azimut” aviaşirkəti SSJ10 təyyarələrinin texniki xidmətini həyata keçirmək məqsədilə “Zvarnots” hava limanı ərazisində yeni texniki baza yaratmağı planlaşdırır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Ermənistan   Aviaşirkət  


Bizi "telegram"da izləyin