Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, sənəd Rusiya Dövlət Dumasında və Federasiya Şurasında baxılacaq.
"Ümid edirəm, Rusiyada siyasi iradə göstərib, bu Konvensiyanı payızda ratifikasiya etsin. Qalır İran tərəfi ki, onlarla da bu prosesə başlanılıb. İnanıram ki, İran tərəfi də bu Konvensiyanı tezliklə ratifikasiya edəcək", - deyə X. Xələfov qeyd edib.
O həmçinin əlavə edib ki, bir çox vacib vəzifələr var ki, onların üzərində işlər aparılır.
"Bildiyiniz kimi, daimi fəaliyyət göstərən yüksək səviyyəli işçi qrupu var. Orada prezidentlərin nümayəndələri təmsil olunub. Sözügedən işçi qrupu bu işləri davam etdirir – həm əməkdaşlıq, həm də müxtəlif sahələrdə sazişlərin razılaşdırılması və imzalanması üzrə. Eyni zamanda, Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələr üçün vacib olan – Xəzərin ekoloji məsələləri üzrə də tədbirlər davam etdirilir, və mən inanıram ki, bugünkü situasiya Xəzər dənizində tam sabitlik, inkişaf və qarşılıqlı etimad mühitinin olduğunu göstərir", - deyə XİN müavini bildirib.
Nazir müavini onu da vurğulayıb ki, işçi qrupunun iclası növbəti görüş yaxın iki ay ərzində Moskvada keçiriləcək. İran tərəfi öz üzərinə düşən məsələləri həll etdikdən sonra görüşün digəri də İranda keçiriləcək.
Ordu.az