"Gürcüstanla sərhəddin dəqiqləşdirilməsi üzrə müzakirələr davam edir" - Xələf Xələfov

2019/07/45645-1563341218.jpg
Oxunub: 24529     09:51     19 Sentyabr 2019    
"Gürcüstanla ekspertlər səviyyəsində görüşləri davam etdiririk".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhədinin demarkasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək.

"Avqustda birinci mərhələni bitirmişik. İkinci mərhələ görüşlər sentyabrın axırınadək davam edəcək. Biz ekspertləri dinləyib noyabrda komissiyanın növbəti iclasının Gürcüstanda keçirilməsini müəyyən edəcəyik", - deyə XİN müavini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan   Sərhəd  


Bizi "telegram"da izləyin