Ermənistan MN-in əməkdaşı ağır diaqnozla xəstəxanaya aparılıb - DETALLAR

2019/09/23423-1568808041.jpg
Oxunub: 24552     15:25     18 Sentyabr 2019    
Bu gün, Ermənistanın Vayots Dzor vilayətində dava ilə nəticələnən mübahisə baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, gecə saat 00:20 radələrində Yeğeqnadzor tibb mərkəzindən Yeğeqnadzor polis şöbəsinə bir vətəndaşın huşsuz vəziyyətdə gətirilməsi ilə bağlı zəng daxil olub.

Polislər aşkar edib ki, sözügedən tibb mərkəzinə kəllə-beyin travması və komatoz diaqnozu ilə gətirilən şəxs Şirak vilayətinin sakini, 43 yaşlı Ara Mxitaryandır.

Həkimlər yaralının həyatı uğrunda mübarizə apararkən, polislər Yeğeqnadzor şəhəri, Bonus Ticarət Mərkəzinə bitişik Arsenyan küçəsi 5 nömrəli ünvanda yerləşən ərazidə araşdırma aparıb və orada onunla bir neçə iş yoldaşı arasında mübahisənin yaşandığını aşkar ediblər. Xəstəxanada isə onun qəzadan xəsarət aldığını düşünürlər.

Məlumata görə, M. Ara və onun dostları Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir.

Vayots Dzor vilayət rəhbərinin köməkçisi Harutyun Qriqoryan da mübahisədə iştirak etməkdə şübhəli bilinir. O, gec saatda evə qayıdarkən həmin şəxsləri görüb, nəsə atmaca atıb və mübahisə davam edib.

Faktla bağlı Yeğeqnadzor Polis İdarəsinin istintaq şöbəsində materiallar hazırlanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dava  


Bizi "telegram"da izləyin