İran Müdafiə naziri: “Səudiyyənin neft obyektlərinə hücumda rolumuz yoxdur”

2019/01/13961-1546511764.jpg
Oxunub: 17239     14:31     18 Sentyabr 2019    
“Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin obyektlərinə hücumda heç bir rolumuz yoxdur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İranın Müdafiə naziri Əmir Hatəmi jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, iki ölkə arasında qarşıdurma var və bu qarşıdurmanın bir tərəfində Yəmən xalqı dayanıb.

"Onlar açıq şəkildə bu hücumu təşkil etdiklərini elan ediblər”, - deyə Hatəmi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hatəmi   Husilər  


Bizi "telegram"da izləyin