Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Hraçya Petrosyants bildirib.

O bildirib ki, erməni hərbi qulluqçulara mənzillərin alınması barədə şəhadətnamələrin verilməsi prosesində problemlər mövcuddur.
“Bununla bağlı problemlər var. Əsas məsələ İrəvan sakinlərini narahat edir. Bu layihəyə əsasən 50%-ni ödəməlidir, kənd icmalarının isə 100%-i ödənilir, bəzi yerlərə də var ki, 90% ödəniləcək. İnsanları qeyri-bərabər şəraitdə qoyduğumuz üçün bu problem yaradır. Nəzərə almaq lazımdır ki, əvvəllər siyahıya alınan hərbçilər istiliklə təmin edilmiş yeni binalarda mənzillərlə təmin olunub. Hökumətimiz korrupsiyaya qarşı mübarizə aparırsa, bu layihə qəbul edilməməli idi”, - deyə Petrosyants bildirib.
Ekspert bildirib ki, erməni hərbi qulluqçuları mənzillərə əvvəlcədən ödəniş etmədən və faiz dərəcəsi olmadan almaq imkanı ruhlandırmır.
“Bu sahədəki insanlarla ünsiyyətimə əsaslanaraq, deyə bilərəm ki, bu, insanları cəlb etmir. Burada yeganə fərq 10% ilkin ödənişdir. Bu layihəyə əsasən hərbi qulluqçu tərxis baxımından artıq məhdudiyyətlərlə üzləşir. Daha bir problem var. Təsəvvür edin ki, pulu götürən bir gənc zabit, ipoteka ilə ev alır, üç il ödəyir, döyüş növbətçiliyi zamanı və döyüş şəraitində yaralanır və xidmətini davam etdirə bilmir, tərxis olur və layihə çərçivəsində müəyyən kompensasiya alır. Artıq işləyə bilməyəcək və pensiya vasitəsilə qalan vəsaiti ödəyə bilməyəcək. Bank öz işini görür, ödəniş etmirsiniz, girov qoyulan mənzili sizdən alır. Bu nə qədər mənəvidir? Əlbəttə ki, problemlidir və həmin qanun layihəsi qanun layihələrinin dərc edilməsi platformasına qoyulandan bəri mən bu sualları qaldırmışam, amma cavab verilməyib”, - deyə o qeyd edib.
Hərbi ekspert bildirib ki, Ermənistanın hazırkı Müdafiə Nazirliyi keçmiş hakimiyyətin siyasətini 100% davam etdirir.
“Heç bir dəyişiklik baş verməyib, məncə səhvlər çoxdur. Mənfi qiymətləndirirəm”, - deyə o bildirib.
Petrosyantsın sözlərinə görə, erməni cəmiyyəti zabit peşəsini seçmək istəmir.
“Ordunun daimi heyəti zabit heyətidir, dəyişkən heyət hər 6 aydan bir dəyişən əsgərlərdir. Yəni anlamalıyıq ki, ordunun onurğası zabit heyətidir. Təəssüf ki, bu gün cəmiyyətdə böyük bir problemimiz var. Cəmiyyət zabit peşəsini seçmək istəmir. Onların vətənpərvər olmadıqları üçün deyil, sadəcə həyatlarının bu nöqtəsində digər peşə sahəsində daha yaxşı yaşayacaqlarını və ailələrini qoruyacaqlarını düşündükləri üçün belədir. İndi bunun niyə belə baş verdiyini başa düşməliyik. 20 il əvvəl zabit peşəsi niyə bu qədər yüksək və cəlbedici idi? Deyək ki, hərbi institutda 300 yer üçün 1500 qəbul müraciəti olub, bu gün də kədərli rəqəmlər var, demək istəmirəm. Peşəkar zabit olmaq istəyənlərin sayı azdır. Əlbətdə ki, keçmiş hökumət boşluğu dolduracaq “Mənim şərəfim var” proqramını qəbul etdi, amma düşünürəm ki, çox qısamüddətli bir həll yoludur. Bu bir neçə illlik həll yoludur. Zabit peşəkar olması üçün ən azı 3-5 il orduda xidmət etməlidir, ancaq “Şərəfim var” proqramı çərçivəsində iki il xidmət edib tərxis olurlar. Yəni peşəkar zabitlərimizin hədsiz dərəcədə çatışmazlığı ilə üzləşəcəyimiz bir dövr gələcək”, - deyə o bildirib.
Hərbi ekspert qeyd edib ki, erməni cəmiyyəti erməni zabit heyətinə ən alt səviyyədə baxır və onların heç bir üstünlüyü yoxdur.
“Keçmişdə zabit heyəti üçün kommunal ödənişlərdə 50% -ə qədər üstünlüklər də daxil olmaqla xeyli güzəştlər mövcud idi. Maaş orta səviyyədən yuxarı idi, hazırda bunu deyə bilmərik. Bu gün sadəcə rəqəmlər deyirik, bu vəzifə üçün zabit bu qədər pul alır, amma bu vəzifə üçün bi zabitin cibindən nə qədər pul xərclədiyini düşünmürük. Biz bunu heç vaxt demirik, bizə bunu demək lazım deyil”, - deyə ekspert bildirib.
Petrosyantsın sözlərinə görə, Ermənistandakı zabitlərin son maaş artımı da onlar üçün kifayət etmir.
“Bu məbləğ motivasiya yaratmaq üçün kifayət deyil. Çox miqdarda pul qazanan gənc zabitin özü üçün kifayətdir, ancaq qadınların ümumiyyətlə işləmədiyi, uşaq saxladığı, işləmə imkanı olmayan yerdə xidmət edən 5-6 nəfərlik bir ailəsi olan zabitlərə gəldikdə isə bu pulun ailəni saxlamaq üçün yetərli olduğunu düşünmürəm”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az