Erməni politoloq: “Ermənistanda hakimiyyət dəyişikliyi prosesi başlayır”

2019/09/789-(-1568800873.jpg
Oxunub: 20150     14:40     18 Sentyabr 2019    
“Ermənistan hakimiyyətinin irəliyə baxan gündəliyi yoxdur, bu, geriyə baxan gündəlikdir və bu gündəlik kontekstində ikinci qütb əslində ikinci prezident ətrafında formalaşmağa başlayıb. Hakimiyyət dəyişikliyi prosesi başlayır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan bildirib.

Dünən Ermənistan parlamenti Edmon Marukyanın başçılıq etdiyi “İşıqlı Ermənistan” fraksiyasının müəllifi olduğu “Milli Təhlükəsizlik Orqanlarında Xidmət haqqında” qanuna dəyişikliklər edilməsi üçün qanun lahiyəsini ilk oxunuşla qəbul edib.

Qanun lahiyəsi 112 səslə qəbul edilib. “İşıqlı Ermənistan” partiyası MTX direktoru və Polis rəisi vəzifələri üçün deputat namizədinə təqdim olunan tələbləri müəyyənləşdirməyi təklif edir.

“Bu qanun yalnız Paşinyana xidmət edir, çünki indi Baş nazir siyasi xadimləri bu strukturların rəhbəri seçə bilər”, - deyə o qeyd edib.

Badalyan Ermənistan MTX direktoru Artur Vanetsyanın istefası məsələsinə toxunarkən bildirib ki, bu, əvvəlcədən hesablanmış addım idi.

“Bunu başqa prosesin başlanğıcı hesab edə bilərik. Hakimiyyətin irəliyə baxan gündəliyi yoxdur, bu, geriyə baxan gündəlikdir və bu gündəlik kontekstində ikinci qütb əslində ikinci prezident ətrafında formalaşmağa başlayıb. Hakimiyyət dəyişikliyi prosesi başlayır”, - deyə o bildirib.

Badalyanın sözlərinə görə, Vanetsyan Rusiyanın siyasi hakimiyyət dəstəyinə malikdir.

“Paşinyandan fərqli olaraq Vanetsyanın inzibati resurslarla əlaqələri var. MTX direktoru Rusiyanın siyasi hakimiyyət dəstəyinə malikdir. Paşinyanın hazırda təkcə Rusiyanın deyil, eləcə də Avropa İttifaqı və ABŞ-ın dəstəyinə malik deyil. Vanetsyan üçün maliyyə tapmaq, siyasi ittifaqlar formalaşdırmaq texnika və zaman məsələsi olub”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Paşinyan   Böhran  


Bizi "telegram"da izləyin