Ordu.az xəbər verir ki, erməni jurnalistlər xidməti araşdırmanın başa çatıb-çatmaması ilə bağlı Ermənistan MTX-yə sorğu göndərib.
Sorğuya cavab olaraq, Ermənistan MTX mətbuat mərkəzindən bildirilib ki, xidməti araşdırmanın əhatə dairəsi olduqca böyükdür və buna görə də MTX-də xidməti araşdırma davam etdirilir.
Qeyd edilib ki, MTX-də məhv olunmuş sənədlərlə bağlı hələki hər hansı bir şey tapılmayıb və materialların necə məhv edilməsi, yox olması və ya gizlədilməsi araşdırılır.
Alpər Mövludoğlu
Ordu.az