Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi təhlilçi Vadim Dubnov bildirib.

Onun sözlərinə görə, Ermənistan MTX direktorunun istefasında Moskva faktorunun olması istisna edilmir, çünki Rusiya ilə əlaqələr hakimiyyətin qəzəb mənbələrindən biridir.
“Vağarşak Harutyunyan təyin olunsa, bu bir şeydir, yox əgər başqası təyin olunsa, bu başqa məsələdir, görəcəyik. Bu istefada Moskva amili olduğunu istisna etmirəm, çünki Rusiya ilə əlaqələr hakimiyyətin qəzəb mənbələrindən biridir. Bu, hazırkı ssenariyə toxuna bilər. Biz səbəblərin bütöv bir mozaikası ilə məşğuluq. Köçəryan amilini ayrıca nəzərdən keçirə bilmərik. Məhkəmə sistemindəki inkişaflar, yəni bütün mövzular qarşılıqlı şəkildə əlaqəlidir. Lakin Moskva amili var. Daha uzağa gedən fikirlər üçün hələ tezdir”, - deyə siyasi təhlilçi qeyd edib.
Dubnov qeyd edib ki, Vanetsyan və Paşinyan arasında kifayət qədər ciddi siyasi fikir ayrılıqları olub.
Alpər Mövludoğlu
Ordu.az