Ermənistan prezidenti Osipyanın vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb - YENİLƏNİB

2019/03/nikol-1553683196.jpg
Oxunub: 22129     13:15     18 Sentyabr 2019    
Ermənistan prezidenti Armen Sarkisyan Valeri Osipyanın Polis rəisi vəzifəsindən azad edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, baş nazirin təklifini əsas tutaraq Ermənistan Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsi, o cümlədən “Polisdə Xidmət haqqında” qanunun 13-cü maddəsinin 2-ci hissəsinə əsasənValeri Osipyan Ermənistan Respublikasının Polis rəisi vəzifəsindən azad edilir.

*****

Paşinyan polis rəisi Valeri Osipyanın vəzifədən azad olunması üçün Ermənistanın prezidenti Armen Sarkisyana təklif göndərib, lakin Ermənistan prezidenti hələ onu imzalamayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyanın köməkçisi Hasmik Petrosyan məlumat yayıb.

Xatırladaq ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının iclasında Ermənistan Polis rəisinin vəzifədən uzaqlaşdırılması qərara alınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Osipyan   Paşinyan   İstefa  


Bizi "telegram"da izləyin