Ermənistan Müdafiə naziri mümkün istefası haqqında: “Belə bir şey yoxdur”

2019/09/567-1568796678.jpg
Oxunub: 12614     12:50     18 Sentyabr 2019    
“Ermənistan Müdafiə Nazirliyində yüksək dərəcəli hərbçilərin vəzifəsindən azad olunması gözlənilmir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri Davit Tonoyan mümkün istefası ilə bağlı verilən suala cavab olaraq deyib.

O, jurnalistlər tərəfindən istefa məsələsinin Paşinyanla müzakirə olunub-olunmaması ilə bağlı verilən suala mənfi cavab verib və qeyd edib ki, belə bir şey yoxdur.

Ermənistan MTX direktoru vəzifəsinə təyin olunması ilə bağlı verilən suala isə Tonoyan gülərək bildirib ki, o Müdafiə naziridir.

Tonoyan Artur Vanetsyanın istefasını isə şərh etməkdən imtina edib.

“Şərh onun hüququdur və hesab edirəm ki, o, bunu edəcək. Düşünürəm, səbəb olmadan hər hansı istefa ola bilməz”,- deyə Tonoyan bildirib.

Vanetsyanın rütbəyə hörmət etməsi ilə bağlı verilən suala Tonoyan cavab verib ki, hər halda o belə deyib.

Paşinyanla hər hansı fikir ayrılıqlarının olması ilə bağlı verilən suala Tonoyan bildirib ki, fikir ayrılıqları ola bilməz.

“Hökümət üzvü olaraq çoxlu sayda sinxronlaşdırılmış iş görülür”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə naziri Davit Tonoyan qapalı iclasda iştirak etmək üçün parlamentə gəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan   İstefa  


Bizi "telegram"da izləyin