“Aprel döyüşlərini araşdıran Komissiyanın nəticələri ilə bağlı hər şey mümkündür” – Tonoyan

2019/09/345-1568796387.jpg
Oxunub: 24940     12:32     18 Sentyabr 2019    
Aprel döyüşlərinin detallarını araşdırmaq üçün Ermənistan parlamentində yaradılmış İstintaq Komissiyası Davit Tonoyanı hələ də istintaqa dəvət etməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə naziri Davit Tonoyan jurnalistlərlə söhbəti zamanı məlumat verib.

O qeyd edib ki, İstintaq Komissiyasının məlumatlar nəticə çıxarmaq üçün kifayət edəcək

“İstintaq Komissiyasının işi səmərəlidir. Hesab edirəm ki, onların topladığı məlumatlar nəticə çıxarmaq üçün kifayət edəcək. Ağrılı sürprizlər gözlənilmir”,- deyə Tonoyan qeyd edib.

Yaradılmış komissiya çərçivəsində cinayət işlərinin açıla biləcəyi ilə bağlı verilən suala Tonoyan cavab verib ki, hər şey mümkündür, ancaq bu mərhələdə deyə bilməz.

“İstintaq Komissiyası cinayət işi açmaq üçün yaradılmayıb, amma hər şey mümkündür”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tonoyan   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin