Erməni politoloq: “Ermənistan-ABŞ gündəliyi o qədər də zəngin deyil”

2019/09/567-1568795011.jpg
Oxunub: 437     13:51     18 Sentyabr 2019    
“Paşinyan və Donald Tramp arasında görüş yenə baş tutmayacaq. Vacib məsələlər yoxdur, Ermənistan-ABŞ gündəliyi isə o qədər də zəngin deyil”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan bildirib.

Onun sözlərinə görə, Tramp ilə görüş təşkil etmə ümumiyyətlə çətindir.

“100-lərlə dövlətin liderləri ABŞ-a BMT Məclisinin iclasına gəldiyi gərgin gündəmdə isə daha da çətindir. ABŞ daha aşağı səviyyəli təmaslarla, məsələn Dövlət katibinin köməkçisi vəzifəsini icra edən və ya bu səviyyədəki məmurlarla kifayətlənir”, - deyə Sarkisyan bildirib.

Xatırladaq ki, Paşinyan 22 sentyabrda Los Ancelesdəki erməni icmasının nümayəndələri ilə görüşəcək və sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində çıxış edəcək.

“Paşinyanın səfəri ABŞ-a olsa da, əslində ABŞ hökuməti ilə görüşü yoxdur. O, Nyu-Yorkda olacaq, BMT Baş Assambleyasında çıxış edəcək, bir sıra dövlətlərdən olan həmkarları ilə görüşəcək, habelə Nyu-Cersi erməni icmasının üzvlərinin də iştirak edəcəyi, Nyu-Yorkdakı erməni icması ilə görüşəcək. Bundan əvvəl baş nazir 30-40 min nəfərin iştirak edəcəyi Kaliforniyadakı erməni icması ilə görüşəcək. Los-Anceles meri ilə də görüşəcək. Bir sıra konqresmenlərlə də görüşlər olacaq və düşünürəm ki, konqresmenlər də bu tədbirə gələcəklər”, - deyə politoloq bildirib.

O qeyd edib ki, erməni-amerika gündəliyi çox da zəngin deyil.

“Vacib məsələlər olmadığından ABŞ dövlət katibinin köməkçisinin müavini və ya bu səviyyədəki rəsmilər kimi aşağı səviyyəli təmaslarla kifayətlənir. Ermənistan ABŞ üçün vacib bir dövlət olarsa, onda yüksək səviyyəli görüşlər olacaq”, - deyə Sarkisyan bildirib.

Politoloq bildirib ki, Amerikanın erməni icmasının nümayəndələrinin sərmayələrini də Ermənistana cəlb etmək mümkün deyil.

“Ermənistanda sərmayə qoyuluşu üçün əlverişli mühit yaradılmalıdır. Əgər əlverişli bir mühit olarsa, xarici sərmayələr daha çox sürətlə gələr və çox aydın nəzərəçarpan nəticələrlə əldə edilə bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   ABŞ   Böhran  

Erməni politoloq: “Ermənistan-ABŞ gündəliyi o qədər də zəngin deyil”

2019/09/567-1568795011.jpg
Oxunub: 438     13:51     18 Sentyabr 2019    