Ermənistanda aprel döyüşlərində yaralanan hərbçiyə yardım edilmir: “Ayaqlarım daha yuxarıdan kəsilməlidir”

2019/09/23423-1568791708.jpg
Oxunub: 583     17:26     18 Sentyabr 2019    
“Aprel döyüşləri zamanı qar fırtınası nəticəsində donmuşam, ayaqlarımı və topuqlarımı amputasiya ediblər. Bu günə qədər dövlət mənə nə bir ayaqqabı, nə də bir başqa bir şey verməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Aprel döyüşlərində iştirak edən erməni hərbi qulluqçusu 46 yaşlı Albert Martoyan bildirib.

Vardenisli müqaviləli hərbi qulluqçunun ayaqları Aprel döyüşləri vaxtı qar fırtınası nəticəsində donub. İş o հəddə catıb ki, ayaqları və topuqlarını amputasiya edilib, lakin Martoyanın problemləri bununla bitməyib, əksinə daha da çətinləşib. İndi həddən artıq qanqren nəticəsində onun ayaqları daha yuxarıdan kəsilməlidir. Martoyanın sözlərinə görə, heç kim bu işi öz öhdəsinə götürmür.

“Amerikadan xeyirxah bir oğlan var, o, mənə kömək edir. İrəvanlı bir oğlan isə mənə ortopedik ayaqqabı verir. Bu gün növbə ayaqlarıma çatıb, şiş yaranıb, ayaqlarım amputasiya olunmalıdır və kəsilməlidir. Erebuni tibb mərkəzinə müraciət edirəm, lakin bunu öz üzərinə götürmürlər. Deyirəm ki, böyüməni kəsmək üçün nə edə bilərik, 3 ildir ayaqlarım üçün mübarizə aparıram, lakin boyunlarına almırlar”, - deyə Marotyan bildirib.

Ermənistan Müdafiə Nazirliyinin bu məsələdən xəbərdar olub-olmaması barəsində verilən suala cavabında Martoyan bildirib ki, nazirlik onun zənglərinə cavab vermir.

“Nazirliyin səhiyyə şöbəsi rəisinin birinci müavininə zəng edirəm, lakin telefonu götürmür. Məni tanıyırlar, telefonu götürmürlər, çünki mediaya bir neçə dəfə müraciət etmişəm, buna görə də telefonu götürmürlər. Sizə açıq deyim, onlar mənə məhəl qoymurlar”, - deyə o qeyd edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə bu barədə jurnalistlərə bildirib ki, nazirlik məsələdən xəbərdardır və o, yalnız bir gündən sonra məlumat verə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Aprel   Yaralı  

Ermənistanda aprel döyüşlərində yaralanan hərbçiyə yardım edilmir: “Ayaqlarım daha yuxarıdan kəsilməlidir”

2019/09/23423-1568791708.jpg
Oxunub: 584     17:26     18 Sentyabr 2019    