Ermənistanda Polis rəisi də istefa verib

2019/09/00-58-1568788089.jpg
Oxunub: 17444     10:21     18 Sentyabr 2019    
Dünən Ermənistanın Təhlükəsizlik Şurasının iclasında Ermənistandakı təhlükəsizlik mühiti məsələsi müzakirə olunub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda Ermənistan Baş naziri Nikol Paşinyan Amuslar mədəninin istismar edilməsi haqqında danışıb və yolun açılmasının zəruriliyini vurğulayıb. Valeri Osipyan isə bu əməliyyatla bağlı öz şübhələrini bildirib və güc tətbiq etmək təhlükələrini təqdim etməyə çalışıb.

Bundan sonra Paşinyan əsəbləşərək bildirib ki, əgər o, bacara bilmirsə, əməliyyatı Ermənistan Daxili Qoşunların rəhbəri, polis rəisinin müavini Vahe Qazaryan həyata keçirəcək.

Bildirilir ki, iclasın sonunda Osipyanın istefa verməsi ilə bağlı qərar qəbul edilib. Fərman bu gün dərc olunacaq.

Qeyd edək ki, iclasda Ermənistan MTX direktorunun uzaqlaşdırılması haqqında da danışılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Osipyan  


Bizi "telegram"da izləyin