Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rus siyasi təhlilçi Aleksandr Skakov bildirib.
Onun sözlərinə görə, Moskvada Ermənistan hakimiyyətinə qarşı şübhələr var.
“Mən bütün bunlarda kökündən mənfi heç nə görmürəm. Məncə, bunlar ikitərəfli əlaqələr kontekstində o qədər də vacib hadisələr deyil. Bu və ya digər şəxsin təhvil verilib-verilməməsi məsələsinə gəlsək, Rusiyanın bu kimi məsələlərdə mövqeyi bu cürdür: Rusiya ümumilikdə heç kimi təhvil verməməyə çalışır, bu, yalnız Ermənistana qarşı deyil. Yəni, Moskvanın hər hansı şəxsi geri qaytarması üçün ciddi səbəblər lazımdır, üstəlik də Moskvada Ermənistana qarşı şübhələr var. Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı baş verən hadisələr Moskvada olduqca mənfi qəbul edilir. Burada bir məntiq var, çünki Moskva Saakaşvili kimi hadisələr istisna olmaqla bu və ya digər ölkənin keçmiş rəhbərinin cinayət məsuliyyətinə cəlb olunmaması mövqeyindədir. Yəni, yalnız esktremist hallarda” ,- Skakov qeyd edib.
O bildirib ki, Köçəryanın ittiham edilməsi Moskvanın siyasi mətbəx ənənələrinə uyğun gəlmədiyi üçün müəyyən qədər mənfi reaksiyaya səbəb oldu.
“Buna görə də, qeyd etdiyiniz şəxslər həmin siyasi axına düşüblər və məhz bu səbəblə onlar geri qaytarılmır. Şişkin məsələsinə gəlincə isə, düşünmürəm ki, bu, hər hansı mənada Moskva üçün vacibdir, belə Şişkinlər bizdə çoxdur”,- deyə rus siyasi təhlilçi qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az