Ermənistan Müdafiə naziri və polis rəisi də vəzifəsindən azad olunacaq

2019/09/17882-1568709680.jpg
Oxunub: 24221     14:12     17 Sentyabr 2019    
Ermənistan MTX-nin sabiq direktoru Artur Vanetsyanın istefası ilə vəzifədən azad olunmalar başlayacaq, Davit Tonoyan və Valeri Osipyan da azad olunacaqlar siyahısındadır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Təsadüfi deyil ki, dünən hüquq-mühafizə orqanlarının rəhbər vəzifəsi senzinin dəyişikliyi Ermənistan parlamentində ilk oxunuşla qəbul eildi. Bu dəyişiklik Paşinyana Polis rəisi və MTX rəhbərini təyin etməyə imkan verəcək.

Hökumət mənbələrinə görə, MTX direktoru üçün ən uyğun namizəd Paşinyanın dostu Vahe Qazaryandır. O, hazırda Polis Qoşunlarının komandiri və Polis rəisinin müavinidir.

Buna baxmayaraq, ictimaiyyətdə sabiq Müdafiə naziri Vağarşak Harutyunyanın da adı çəkilir.

Polis vəzifəsinə isə “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Vilen Qabrielyanın namizədliyi müzakirə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Böhran   İstefa  


Bizi "telegram"da izləyin