DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır

2019/08/67646-14096756925.jpg
Oxunub: 3536     13:42     17 Sentyabr 2019    
Dövlət Təhlükəsizliyi Xidməti (DXT) pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından sosial şəbəkələrdə saxta profil açılması ilə bağlı müraciəti icraata götürüb.

Ordu.az xəbər verir ki, bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, bu məsələnin aydınlaşdırılması istiqamətində addımlar atılır: "Dövlət Təhlükəsizliyi Xidməti müraciətə kifayət qədər ciddi yanaşır. İnanırıq ki, mütləq şəkildə nəticə əldə olunacaq".

Qeyd edək ki, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəşad-Atakişiyev   DTX  


Bizi "telegram"da izləyin