Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrində bildirilib.
Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyənlər 71%, dəstəkləməyənlər 17%, müvafiq sualın cavabını bilməyənlər isə 7% təşkil edib.
Milli azlıqları təmsil edən respondentlər arasında ölkənin NATO-ya üzvlüyünü dəstəkləyənlər 36% təşkil edib. Onların 15%-i üzvlüyün əleyhinə olduğunu söyləyib, 46%-i isə sualı cavablandırmayıb.
Respondentlərin 14%-i isə ölkənin Aİ-yə qoşulmasını qəbuledilməz hesab edib, 8%-i isə müvafiq suala cavabı bilməyib.
Milli azlıqlardan olan respondentlərin 57%-i Gürcüstanın Aİ-yə üzvlüyünün lehinə, 14%-i əleyhinə olduğunu, 26%-i isə “bilmirəm” deyə cavab verib.
Sevinc Əliyeva
Ordu.az