Ordu.az xəbər verir ki, erməni KİV-ləri bu sualı Ermənistan parlamentində yaradılan Aprel döyüşlərini araşdıran istintaq komissiyasının üzvünə ünvanlayıb.
Erməni jurnalistlər, həmçinin Serj Sarkisyanla bağlı sual da soruşublar.
“Oxları Serj Sarkisyana yönəldirsiz? Amuslar və digər problemlərlə bağlı səs-küyü susdurmaq üçün “bir işi” də onun üzərinə atmaq istəyirsiniz ki, Paşinyanın sıfırlanmış imici xilas olsun?”, - deyə onlar komissiya üzvünə suallar ünvanlayıblar.
Komissiya üzvü isə bildirib ki, işin gedişatı barədə söhbət ola bilməz.
“Komissiya balanslaşdırılmış yanaşmanın saxlanılması üçün hər şey edir. Buna görə də Vağarşak Harutyunyan kimi təcrübəli şəxsi komissiyanın işlərinə cəlb etdik. Bununla yanaşı, həmin gün hərbi əməliyyatların başlanılması ilə bağlı bəzi məsələlər var, belə bir hadisənin təkrarlanmaması üçün bu məsələrin üstü açılmalıdır”, - deyə komissiyanın üzvü bildirib.
Alpər Mövludoğlu
Ordu.az