Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan bildirib.
Səfir Paşinyanın BMT-nin sessiyasında iştirak etmək üçün ABŞ-a səfəri haqqında danışıb.
“ABŞ prezidenti Donlad Trampla görüş deyəsən planlaşdırılmır, lakin bu, ABŞ-da həm müxtəlif səviyyələrdə yerli hakimiyyət nümayəndələri ilə, həm də dövlət rəhbərləri və digər şəxslərlə görüşmək üçün bir fürsətdir. Vacib olan odur ki, bütün bunlar düzgün, vaxtında planlaşdırılsın və razılaşma əldə olunsun”,- deyə o bildirib.
O qeyd edib ki, səfərin əsas məqsədi erməni cəmiyyəti ilə görüşdür.
“Hesab edirəm, bu, pis keçməyəcək, çünki Amerika erməniləri gözləyir. Bunun nə verəcəyini görəcəyik”,- deyə Navasardyan bildirib.
Qeyd edək ki, Paşinyanın ABŞ-a səfəri sentyabrın 21-də baş tutacaq.
Alpər Mövludoğlu
Ordu.az