Erməni partiya sədri: “Ermənistan parlamentində və hökumət çevrələrində kifayət qədər ziddiyətli proseslər var”

2019/09/76876-1568704815.jpg
Oxunub: 26091     11:18     17 Sentyabr 2019    
“Vanetsyanın istefası hökumətdə dərin problemlərə malik olan müəyyən proseslərin getdiyinə işarədir”.

Ordu.az erməni KİV-lərinə istinadəın xəbər veri ki, bunu Ermənistan “Demokratik Birlik” partiyasının həmtəsisçisi Suren Petrosyan bildirib.

Onun sözlərinə görə, sözügedən istefa təkcə nəticə deyil, həm də səbəblərdən biri idi.

“Çünki iki variant var. Ya ortaya çıxarılmalı olan, yeni olmayan səriştə problemi, ya da siyasi kursa uyğun olmayan problem var. Lakin məsələ burasındadır ki, son dövrlər həm parlamentdə, həm də hökumət çevrələrində kifayət qədər ziddiyətli proseslər var və bu, hər kəsə məlumdur”, - deyə Petrosyan qeyd edib.

O bildirib ki, “Mənim Addımım” fraksiyasının parlamentdə bir məsələ ətrafında üç-dörd mövqeyi var.

“Bu, Paşinyan tərəfindən elan edilmiş mövqeyin yekdilliklə dəstəklənməsi ilə bağlı deyil, lakin belə bir konsensus var ki, fraksiya çərçivələrindən kənara çıxmaq olmaz. Eyni şey hökumətdə də var. Həqiqətən problem qeyri-müəyyən baxışdır. Dövlətin görmə qabiliyyəti yoxdur, məsuliyyət daşıdığı cavabdehlik halqasını tapa bilmir”, - deyə partiya sədri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Böhran  


Bizi "telegram"da izləyin