Ordu.az xəbər verir ki, bunu erməni siyasi ekspert Hrant Melik-Şahnazaryan öz “Facebook” səhifəsində qeyd edib.
Ermənistan MTX direktoru istefa zamanı bildirib ki, zabitin rütbəsi və Ermənistandakı dəyişikliklərin bu kimi gedişatı bir-birinə ziddir.
“Paşinyan nə etməlidir ki, zabit şərəfi bu qədər təhqir edilsin və o, buraxıb getsin? Sorosun quduzları ilə görüş? Dövlətçiliyinin ardıcıl şəkildə dağılması? Bəlkə Qarabağ məsələsində dəyişikliklər var? Yoxsa hamı birlikdə və bu kimi bir sıra ağlasığmaz şeylər? Davit Tonoyan və Valeri Osipyanın deməyə heç nəyi yoxdur? Onların zabit şərəfi yerdədir?
Adam bilmir ki, nə düşünsün. Hazırda mən yalnız hörmətli zabit görürəm, bu, dəhşətli şeylər haqqında həyəcan siqnalıdır. Kim bu siqnalı və bu çağırışı eşitdi?”, - deyə politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az