Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Arman Melikyan bildirib.
Melikyan Gürcüstan XİN-nin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi bəyanatına toxunub. O etiraf edib ki, hər hansı ölkə, o cümlədən Ermənistan rəsmi olaraq, Qarabağdakı (qondarma-qurum-red.) “yerli idarəetmə orqanları seçkiləri”nin hüquqi olması qanuniliyini rəsmi olaraq tanımayıb.
“Rəsmi Tiflisin mövqeyi illərdən bəri belədir. Rusiya ilə mövcud problemləri, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın tərkibinə qaytarmaqla bağlı siyasəti indiki məqamda fərqli yanaşmaya imkan vermir. Əsas odur ki, Qarabağla bağlı Tiflisin mövqeyi hər hansı şəkildə Ermənistan-Gürcüstan dövlətlərarası münasibətinə mənfi təsir göstərmir”, - deyə o bildirib.
Melikyan AİƏT-in zirvə görüşünün Moskvaya keçirilməsi ehtimalı ilə bağlı deyib ki, Köçəryanın həbs edilmə detalı özəl problemdir və bunun bu cür siyasiləşdirilməsi Moskva tərəfindən Kremlə pis xidmət göstərəcək.
“Həmçinin bu xüsusiyyət Köçəryanın prezident kimi Putinin himayədarlıq etdiyi nümayəndə kimi görünməsi də onun nüfuzuna kölgə salar. Bu bəhanəylə iclasda iştirak etməmək, yaxud bunun İrəvanda keçirilməsi haqqında qərarı ləğv etmək bütün maraqlı tərəflərə yalnız ziyan gətirəcək. İstənilən halda real nəticənin hansı olacağını, xüsusilə bəlkə sentyabrın 17-də məhkəmnin Robert Koçaryanın azad buraxılması haqqında qərar qəbul edəcəyini birlikdə biləcəyik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az