Həmin yeni strategiyanın təqdimatından sonra ABŞ donanmasının komandanı 2016-cı ildə qəbul edilmiş “Dəniz Üstünlüyünün Davamlılığı naminə Dizayn, Versiya 2.0.” başlıqlı sənədin yeni versiyasını yaydı. Sənəddə ABŞ donanmasının yaxın rəqiblərinə qarşı necə mübarizə aparacağı göstərilirdi.
Donanmanın bu mənadakı uğurunun ən kritik komponentlərindən biri informasiya məkanında üzə çıxacaq. İnformasiya domeninin hər zaman işlək olmasından məsul adam kimi isə vitse-admiral Matteu Kohler təyin edilib. Kohler bu yaxınlarda ABŞ donanmasının informasiya sferasında rəqabət formasını necə dəyişdiyini izah edib.
“Bizim hələ qarşımızda nəyin dayandığını anlamağa başladığımız zamanlar – 2007, 2008, 2009-cu illərdə xeyli qabağı düşünə bilən fərdlər var idi. Əgər konteksti həmin zaman üçün dəyərləndirəsi olsaq, onda İraq və Əfqanıstanda başımızın xeyli qarışıq olduğunu nəzərə almalıyıq. Həmin fərdlər donanmanın informasiya sahəsindəki qabiliyyətlərini təşkilatlandırmağın əhəmiyyətini başa düşdülər və biz bu işə başladıq. Əvvəlcə N2N6 təşkilatını yaratdıq. Daha sonra Filotiliya Kiber Komandanlıq, bir qədər sonra isə İnformasiya Dominantlığını yaratdıq.
Biz təqribən iki il əvvəl bizim aviadaşıyıcı hücum qrupu konsepsiyamıza informasiya müharibəsi komandiri əlavə etdik. O, informasiya müharibəsi domeninin olduqca kompleks olduğunu qəbul edirdi. Əgər hələ 8 il əvvəl belə bir cəmiyyət formalaşdırmasaydıq, bu gün informasiya müharibəsi komandiri yetişdirmək, səlahiyyətləndirmək iqtidarında olmayacaqdıq”, - deyə o ifadə edib.
Dəyanət Ağalarlı
Ordu.az