"Geniş miqyaslı hərbi əməliyyatların başlaması təhlükəsi var" - Erməni hərbi ekspert

2019/09/56756-1568633468.jpg
Oxunub: 23191     17:14     16 Sentyabr 2019    
"Mən geniş miqyaslı hərbi əməliyyatların başlamasına dair təhlükə görürəm".

Ordu.az erməni KMİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan bugünkü mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ermənistanın daxili siyasi gərgin vəziyyəti sərhəd gərginliyinə də gətirib çıxara bilər, bu zaman isə aprel kimi müharibə ilə məsələ həll olunmayacaq.

"Hərbi qüvvələrin böyük toplanması nəzərə çarpır. Bu, 2018-ci il inqilabı zamanı başlayıb", - deyə Hambardzumyan qeyd edib.

Erməni eskpert bu gün Azərbaycanda keçirilən geniş miqyaslı hərbi təlimlərə (təxminən 10.000 nəfər şəxsi heyət) də toxunub: "Azərbaycanın planı Ermənistana eyni zamanda bir neçə istiqamətdən, o cümlədən də Naxçıvan tərəfdən hücum etməkdir. Naxçıvanda hərbi təlimlər davam edir və sərhədə çox yaxın yerləşir. Yəni, hər zaman qüvvələrin kifayət qədər böyük toplanması nəzərə çarpır. Oradan Ermənistanın paytaxtına qədər uzaqlıq birbaşa xətlə cəmi 42 km-dir, Ermənistanın əsas strukturları isə İrəvanda yerləşir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin